İki funksiya təyin edək: bunlardan biri – miladi_hicri() funksiyası parametr kimi qəbul etdiyi miladi ilini məlum düstur əsasında hicri ilinə, o biri – hicri_miladi() funksiyası isə hicri ilini miladi ilinə çevirib ekrana çıxaracaq.
def miladi_hicri(S):
M = int(S)
H = M - 622 + (M - 622) // 32
print('Hicri ili: ', H)
def hicri_miladi(S):
H = int(S)
M = H - (H // 33) + 622
print('Miladi ili: ', M)
S = input('Miladi ili: ')
miladi_hicri(S)
S = input('Hicri ili: ')
hicri_miladi(S)
Bu nümunədə təyin olunan hər iki funksiya kənardan qəbul etdikləri qiymət əsasında hesablama aparıb nəticəni ekrana çıxardır. Ancaq praktik məsələlərin həllində çox zaman funksiyanın emal nəticəsində aldığı yeni qiyməti onu çağıran proqrama qaytarması daha əlverişli olur. Bu məqsədlə Python dilində return komandası nəzərdə tutulub. Bu komanda funksiyanın sonunda yazılır və ondan sonra mötərizədə funksiyanın qaytarmalı olduğu qiymət göstərilir.
Bildiyiniz kimi, input() funksiyası klaviaturadan daxil edilən kəmiyyətin tipindən asılı olmayaraq, həmişə sətir qaytarır. Aşağıda təyin olunan yeni num_input() funksiyasının qaytardığı qiymət isə ədəd olur.
def num_input(prompt):
typed = input(prompt) # Daxil edilən sətir
# typed dəyişənində saxlanılır
num = int(typed) # Sətir ədədə çevrilir və
# num dəyişənində saxlanılır
return num # Dəyişənin qiyməti qaytarılır
a = num_input('a-nı daxil edin: ')
b = num_input('b-ni daxil edin: ')
print('a * b =', a * b)