- Siyahının elementləri başdan başlayaraq bir-bir yoxlanılır. Əgər ',' simvolu
olan elementdən sonra gələn element boşluq simvolu deyilsə, həmin
elementdən sonra siyahıya yeni element – boşluq simvolu artırılır.
- Yeni siyahı sətrə (mətnə) çevrilir.
- Dəyişdirilmiş mətn çıxışa verilir.
s = input('Mətni daxil edin: ')
lst = list(s)
i = 0
while i < len(lst):
if (lst[i] == ',' and lst[i+1] != ' '):
lst.insert(i+1, ' ')
i = i + 1
s = ''.join(lst)
print(s)
Araşdıraq-
öyrәnәk
list() və count(x) funksiyalarından istifadə etməklə aşağıdakı mətndə olan
'a' hərflərinin sayını tapan proqram yazın.
Siyahını təşkil edən obyektlərə onun elementləri
deyilir. Siyahıda ədədlər, sətirlər, başqa siyahılar,
yaxud bunların hamısını eyni zamanda saxlamaq olar.
Siyahının hər bir elementinə bir nömrə uyğundur ki, ona
həmin nömrə vasitəsilə müraciət etmək olar.