Göründüyü kimi, siyahılar Python dilində çox faydalı verilənlər strukturudur və onlardan istifadə etməklə çox müxtəlif məsələləri həll etmək olar.
Sətri siyahıya çevirmək üçün Python dilində list() funksiyasından istifadə
olunur.
Məsələn:
>>> s = 'orman'
>>> lst = list(s)
>>> lst
['o', 'r', 'm', 'a', 'n']
Məsələ həllində tez-tez istifadə olunan daha iki metod ilə tanış olaq. Bunlardan biri join() metodudur. Bu metod siyahının elementlərinin arasına verilmiş simvollar sətrini artırmaqla onları bir sətirdə birləşdirir (başqa sözlə, verilmiş sətrin köməyilə siyahının elementlərini birləşdirir). Məsələn:
>>> lst = ['1', '2', '3']
>>> s = '---'.join(lst)
>>> s
'1---2---3'
Bunun əksinə olaraq split() metodu sətri verilmiş ayırıcı simvola görə parçalayır və həmin parçalardan siyahı düzəldir. Məsələn:
>>> s = '12 34 56'
>>> lst = s.split(' ') # ayırıcı boşluq simvoludur
>>> lst
['12', '34', '56']
Mәsәlә
Yazı qaydalarına görə mətndə vergüldən sonra həmişə boşluq qoyulur. Aşağıdakı proqram verilmiş mətndə rast gəlinən bu növ səhvləri tapıb düzəldir. Proqramın necə icra olunduğunu yoxlayın.