>>> S = 'Maraqlanıb soruşmaq bilik əldə etməyin yarısıdır.'
>>> print(S.find('bilik'))
20
>>> print(S.find('ar'))
1
>>> print(S.find('kitab'))
-1
find metodunun başqa parametrləri də ola bilər. S.find(T, a, b) yazılışı S sətrində T altsətrinin S[a:b] kəsiyində axtarıldığını göstərir. Ancaq nəzərə almaq lazımdır ki, S.find(T, a, b) metodunun qaytardığı qiymət T altsətrinin kəsikdəki indeksi deyil, S sətrindəki indeksi olur .
>>> print(S.find('a', 5, 10))
6
Mәsәlә
Soyadınız və adınızı klaviaturadan daxil edən və onların yerlərini dəyişərək (yəni öncə adınızı, sonra soyadınızı) çıxışa verən proqram yazın.
s = input()
p = s.find(' ')
soyad = s[:p] # birinci söz – soyad
ad = s[p + 1:] # ikinci söz – ad
s = ad + ' ' + soyad
print(s)