Python dilində proqramın strukturu və onun iş məntiqi üçün sətirlərin başlanğıcındakı girintilәrin (boşluq simvollarının) əhəmiyyəti böyükdür, çünki operatorların qruplaşdırılması onlardan asılıdır. Hər hansı operatorlar qrupu başqa qrupun daxilində ola bilər. Bu halda daxilolma səviyyəsi nə qədər böyük olarsa, girintinin kəmiyyəti də o qədər böyük olur. Ancaq nəzərə almaq lazımdır ki, bir qrup çərçivəsində girinti kəmiyyəti eyni olmalıdır.
Siz Python dilində ədəd tipli kəmiyyətlərlə və onlar üzərində əsas hesab əməlləri ilə tanışsınız. Onları bir daha xatırlayaq.
Әmәl | Tәsviri |
x + y | Toplama (x və y ədədlərinin cəmi) |
x − y | Çıxma (x və y ədədlərinin fərqi) |
x * y | Vurma (x və y ədədlərinin hasili) |
x / y | x-in y-ə bölünməsi (qismət) |
x // y | Tam ədədi bölmə (qismətdə alınan ədədin tam hissəsi götürülür) |
x % y | x-in y-ə tam ədədi bölünməsindən alınan qalıq |
x ** y | Qüvvətə yüksəltmə (x üstü y) |
−x | Ədədin əksi |
Proqramlarda şərti göstərmək üçün müqayisә işarәlәrindәn istifadə olunur. Aşağıdakı cədvəldə bu işarələrin ALPLogo və Python dillərində yazılışı göstərilib. Burada "bərabərdir" və "fərqlidir" işarələrinə xüsusi diqqət yetirin, çünki onların düzgün istifadə olunmaması proqram xətasına səbəb olur.
ALPLogo | Python | Tәsviri |
= | == | Bərabərdir |
<> | != | Fərqlidir (bərabər deyil) |
> | > | Böyükdür |
< | < | Kiçikdir |
>= | >= | Böyükdür və ya bərabərdir |
<= | <= | Kiçikdir və ya bərabərdir |
Әdәdin rәqәmlәrә ayrılması. Bildiyiniz kimi, hər hansı ədədi 10-a böldükdə
alınan qalıq həmin ədədin sonuncu rəqəminə, yəni təklik mərtəbəsindəki rəqəmə
bərabər olur. Məsələn, n ədədinin təklik rəqəmi a-dırsa, onda
a = n % 10
Aydındır ki, ədədin sonuncu rəqəmini atsaq, onda alınan yeni ədədin sonuncu rəqəmi ilkin ədədin onluq mərtəbəsindəki rəqəm olacaq. Yuxarıdakı operator vasitəsilə bu yeni ədədin sonuncu rəqəmini ayırmaqla ilkin ədədin onluq mərtəbəsindəki rəqəmi almış olarıq. Bu qayda ilə istənilən ədədi öz rəqəmlərinə ayırmaq olar. Ədədin sonuncu rəqəmini (mərtəbəsini) atmaq üçün isə onu 10-a bölüb tam hissəni götürmək,yəni tam ədədi bölmə əməlindən (//) istifadə etmək lazımdır. Məsələn, əgər n ədədinin sonuncu rəqəmini atdıqdan sonra alınan ədəd m-dirsə, onda