PROQRAMLAŞDIRMA
i = 1
while i <= 10:
print (i*i)
i = i + 1
Nәticәni müzakirә edәk:Python proqramlaşdırma dilində proqram kodu adi mətn faylı olur. Bu fayl hərf və rəqəmlərdən, boşluq, durğu və başqa simvollardan ibarətdir. Mətn sətirlərə bölünür. Hər bir Python operatoru bir neçə sətirdə yazıla bilər. Bir operatoru bir neçə sətirdə yazmaq üçün "\" simvolundan istifadə olunur.
Yazdığınız proqrama müəyyən müddətdən sonra qayıtsanız, bəzi şeyləri unutmuş olduğunuzu görəcəksiniz. Ona görə də həm özünüzün xatırlamağınız, həm də başqalarının anlaması üçün proqramın müəyyən yerlərinə şərhlər vermək yaxşı olardı. Adından da göründüyü kimi, şərhlər proqramın mətnini oxuyan şəxs üçün qeyddir. Şərhlərdən proqramın nə məqsədlə yaradıldığı, onun yaradıcısı haqqında məlumatı, proqramın son dəyişdirilmə tarixini, proqramdakı dəyişənlərin, funksiyaların təyinatını göstərmək üçün istifadə edilə bilər.
Sözlük
• ŞərhlərPython dilində şərhlər "#" simvolundan sonra yazılır. Proqram maşın koduna çevrilərkən şərhlər nəzərə alınmır. Ona görə də bəzən proqramın hansısa hissəsini müvəqqəti olaraq "dondurmaq" üçün həmin hissə şərh kimi qeyd edilir.