- Maraqoyatma. Mövzuya maraq
oyatmaq üçün müxtəlif situasiya
və hadisələr təsvir edilir və
suallarla yekunlaşdırılır.
- Fəaliyyət. Maraq oyadılan
hadisələrin araşdırılmasına,
onlarda səbəb-nəticə əlaqələrinin
müəyyən edilməsinə yönəlmiş
tapşırıqlar verilir. Bu tapşırıqlar
əvvəlki biliklərinizlə yeni
öyrənəcəyiniz materiallar
arasında əlaqə yaratmağa xidmət
edir. Yerinə yetirilmiş işin
nəticəsini müzakirə etmək və
səhvləri araşdırmaq üçün suallar
verilir.
-
Addım-addım. Praktik vərdişləri
formalaşdırır.
- Sözlük. Hər mövzu üzrə öyrənilən
əsas anlayışlar.
- İzahlar. Fəaliyyət zamanı müəyyən
etdiyiniz faktlarla bağlı
açıqlamalar verilir. Əsas
anlayışlar, mövzu ilə bağlı izahlar,
təriflər, qaydalar, bir sözlə, dərsin
əsas məzmunu burada əks olunur.
- Bu maraqlıdır. Mövzu ilə bağlı
bilikləri genişləndirmək üçün
nümunələr və maraqlı məlumatlar
verilir.
- Araşdıraq öyrənək. Mövzuda
öyrənilənləri möhkəmləndirmək,
tətbiq etmək və onlara münasibət
bildirmək məqsədilə verilən
tapşırıqlardır.
- Öyrəndiklərinizi yoxlayın. Hər
mövzuda öyrəndiklərinizi
qiymətləndirmək, zəif
cəhətlərinizi müəyyən etmək üçün
nəzərdə tutulur.
- Ümumiləşdirici sual və tapşırıqlar.
Hər bölmənin sonunda
öyrəndiklərinizin tətbiqi ilə bağlı
sual və tapşırıqlar verilir.