Azәrbaycan әhalisi adlı elektron cədvəl faylını açın.
Bu cədvələ uyğun diaqram qurmaq üçün öncə A3:I4 xanalarını seçdirin.
Insert menyusunda Charts bölümündə Pie düyməsini çıqqıldadın. Dairəvi diaqramların
müxtəlif növləri təklif olunacaq.
Birinci variantı seçin. İş sahəsində kiçik çərçivədə
dairəvi diaqram qurulacaq. Diaqramın sağında
görünən legenda tam deyilsə, çərçivədəki
tutacaqlardan "tutub dartaraq" çərçivənin
ölçülərini o qədər böyüdün ki, legenda tam
yerləşsin.
Eyni zaman alətlər zolağında diaqramın tərtibatını
və üslubunu kökləmək üçün variantlar əks olunacaq.
Birinci tərtibatı (Layout 1) və onuncu üslubu
(Style 10) seçin.
Diaqramın sektorlarında yaş qrupları və hər yaş qrupundan olan əhalinin faizi
görünəcək. "Әhalinin sayı (min nәfәrlә)" yazılmış başlıq sahəsini çıqqıldadın və
həmin sahəyə "Azәrbaycan Respublikasında әhalinin yaş qrupları üzrә bölgüsü
(2019-ci ilin әvvәlinә)" cümləsini yazın.