Xәtti diaqram, yaxud qrafik dəyişənlərin necə dəyişməsini göstərmək üçün verilənlərin qiymətlərinin düz xətlərlə birləşdirildiyi diaqram növüdür.

Dairәvi diaqram faiz qiymətlərini dairənin, yaxud diskin sektorları kimi göstərən diaqram növüdür. Belə diaqramda hər bir bölmə (sektor) uyğun qiymətin bütün qiymətlər cəmində nisbi payını (faizlə ifadə olunmuş) əks etdirir.

Histoqram, yaxud zolaqlı diaqram (sütunlu diaqram) müxtəlif hündürlüklü (enli) şaquli və ya üfüqi zolaqlardan ibarət olan qrafik növüdür. Bu zolaqların hər biri verilənlərin müəyyən qiymətinə uyğundur ki, bu da onların kəmiyyətlərinin nisbətini müşahidə etməyə imkan verir.

Elektron cədvəldə bir sətirdə, yaxud bir sütunda yerləşmiş verilənlərə sıra deyilir. Diaqram qurarkən öncə sıraları seçdirmək, sonra isə diaqramın tipini seçmək lazımdır. Diaqram özü mürəkkəb obyekt olub aşağıdakı elementar obyektlərdən təşkil olunur: sıra, ox, başlıq, legenda, qurulma sahәsi.


Diaqram istər bir sıraya, istərsə də bir neçə sıraya görə qurula bilər. Seçdirilmiş xanalar diapazonu üçün diaqramın qurulması bir neçə verilənlər sırası üzrə aparılır.

Sözlük

Diaqram
Xətti diaqram
Dairəvi diaqram
Histoqram
Legenda
Bu halda hər bir sıra olaraq seçdirilmiş diapazonun uyğun sətri, yaxud sütunu götürülür. Başlığı istifadəçi müəyyənləşdirir və o, adətən, diaqramın üstündə yerləşdirilir. Diaqrama legenda – sıraların adlarının, başqa sözlə, dəyişənlərin işarələrinin siyahısını da əlavə etmək olar. Oxlarla əhatə olunmuş qurulma sahәsi verilənlər sırasını yerləşdirmək üçün nəzərdə tutulub. Nəticələrin təhlilini əlverişli etmək üçün qurulma sahəsinə tor da əlavə etmək olar.