Әhalinin yaş qrupları üzrә bölgüsü (2019-ci ilin әvvәlinә)
0-9 | 10-19 | 20-29 | 30-39 | 40-49 | 50-59 | 60-69 | 70 və yuxarı |
Cəmi əhali |
|
Әhalinin sayı (min nәfәrlә) |
1601,5 | 1284,4 | 1677,4 | 1707,6 | 1273,9 | 1292,3 | 743,4 | 401,0 | 9981,5 |
Әhalinin sayı (faizlә) |
16,0 | 12,9 | 16,8 | 17,1 | 12,7 | 13,0 | 7,5 | 4,0 | 100 |
Elektron cədvəllər, əsasən, böyük həcmdə eynitipli ədədi verilənlərin tez və keyfiyyətlə emalı üçün nəzərdə tutulsa da, onları qrafik şəkildə göstərməklə daha əyani və anlaşıqlı edir. Cədvəl verilənlərinin qrafik təqdim edilməsi üçün başlıca vasitə diaqramlardır.
Diaqram verilənləri qrafik formada əyani təqdim etmək üçün nəzərdə tutulub. Diaqramlar verilənləri daha yaxşı təhlil etməyə, onları müqayisə etməklə cədvəldə gözə çarpmayan qanunauyğunluqları aşkarlamağa imkan verir.
Elektron cədvəl proqramlarında xətti, dairəvi, sütunlu və başqa növ diaqramlar qurmaq mümkündür.