A2 xanasına ABŞ dollarının cari kursunu yazın (məsələn, 1.5).
Qalan xanaları nümunəyə uyğun doldurun.
F4 xanasına =D4*E4 düsturunu daxil edib Enter klavişini basın. Xanada düsturun
nəticəsi olan 400 qiyməti görünəcək, kursor isə qonşu xanaya keçəcək.
Yenidən F4 xanasına keçin. Xana qalın qara çərçivəyə alınacaq . Excel
proqramında aktiv xanalar belə seçdirilir. Siçanın göstəricisini çərçivənin sağ aşağı
küncündəki kiçik kvadratdan üzərinə aparın. Göstərici + şəklini alacaq. Siçanın sol
düyməsini basıb saxlamaqla göstəricini 9-cu sətrədək aşağı "dartın".
F4 xanasındakı düstur F5:F9 xanalar diapazonuna köçəcək. Düsturlar hesablanacaq
və nəticələr xanalarda əks olunacaq. Həmin xanalara keçib düsturlardakı istinadların
necə dəyişilməsinə diqqət yetirin.
G4 xanasına =F4*$A$2 düsturunu yazın. Xanada "sistem bloku"nun manatla
məbləği əks olunacaq. 6-cı addımdakı üsuldan istifadə edərək düsturu G5:G9
xanalar diapazonuna köçürün.
Qurğuların yekun məbləğini ABŞ dolları ilə hesablamaq üçün F4:F10 xanalar
diapazonunu seçdirin. Alətlər zolağındakı düyməsini, yaxud Formulas
menyusundakı uyğun düyməni çıqqıldadın. F10 xanasında bütün malların yekun
məbləği hesablanıb əks olunacaq.
Malların manatla yekun məbləğini eyni qayda ilə hesablayın.
A2 xanasında ABŞ dollarının manata nəzərən məzənnəsini dəyişin və xanalardakı
dəyişikliklərə diqqət yetirin.