Təqdimatı hazırladıqdan sonra, yaxud onun üzərində iş gedişində müəyyən slaydların yerini dəyişmək lazım gəlir. Slaydlar üzərində iş, adətən, adi baxış (Normal View) rejimində aparılır. Ancaq təqdimat haqqında tam təsəvvürün olması üçün bu rejim yetərli deyil.