<Enter> klavişini basmaqla və ya alətlər panelinin Slides bölümündəki düyməsini
çıqqıldatmaqla bir neçə (təxminən beş-altı) yeni slayd yaradın.
Birinci slaydı aktivləşdirin. Bu slayd, adətən, təqdimatın titul slaydı olur və burada
təqdimatın adı, onun müəllifi kimi məlumatlar yerləşdirilir. Slaydın Click to add
title sahəsinə təqdimatın başlığını (Azәrbaycan şairlәri) yazın. Başlığın daha cəlbedici
olmasını istəyirsinizsə, Microsoft Word proqramından sizə tanış olan WordArt
alətindən istifadə edin. Məsələn:
Click to add subtitle sahəsinə özünüz haqqında məlumat yerləşdirin.
İkinci slaydı aktivləşdirin və onun üçün yeni tərtibat (maket) seçin. Bu məqsədlə
alətlər panelinin Slides bölümündəki düyməsini çıqqıldadın. Müxtəlif
slayd maketləri təklif olunacaq.
Content with Caption maketini seçin. Adətən, mətn və şəkli bir slaydda
yerləşdirmək üçün bu maketdən istifadə olunur.
Click to add title sahəsinə slaydın başlığını − şairlərdən birinin adını yazın. Click to
add text sahəsinə həmin şairin məşhur şeirindən bir bənd əlavə edin.