Araşdıraq-
öyrәnәk
"İnformasiyanın ötürülməsi" dərsinin "Fəaliyyət" bölümündə verilmiş tapşırıqla tanış
olun (səh.100). Mətn redaktorunda həmin mövzuda 1 səhifəlik sənəd hazırlayın.
Oradakı şəkilləri də sənədə əlavə edin.
Şəkilləri əldə etmək üçün ya bu dərsliyin, ya da 6-cı sinif üçün İnformatika dərsliyinin
elektron versiyasını İnternetdən (e-derslik.edu.az, trims.edu.az və ya informatik.az ünvanından)
endirin. Həmin şəkillərin olduğu səhifəni tapın, hər hansı üsulla onları ayrı-ayrı köçürün
və hər şəkli mətnin uyğun hissəsinə yerləşdirin.