Onun vasitəsilə
mətni döndərmək, əymək, yazılara kölgə və başqa
effektlər tətbiq etmək mümkündür. Insert menyusunda
bu düyməni çıqqıldatdıqda açılan menyudan istədiyiniz şablonu seçə bilərsiniz.
Addım-addım
2
Verilmiş nümunəni hazırlamaq üçün aşağıdakı addımları yerinə yetirin.
Mətn redaktorunda yeni fayl yaradın.
Insert menyusunda WordArt düyməsini çıqqıldadın və açılan pəncərədən istədiyiniz
şablonu seçin.
Açılan pəncərənin Text sahəsində mətnin başlığını (Quruda yaşayan məməlilər )
yazın və OK düyməsini çıqqıldadın.
Yeni sətirdən aşağıdakı mətni yığın:
Torpaq üzərində yaşayan məməlilər, əsasən, meşələrdə və ya açıq sahələrdə məskunlaşırlar.
Bu heyvanlarda mütənasib quruluşlu bədən, yaxşı inkişaf etmiş uzun ətraflar,
əzələli boyun olur. Əksəriyyəti qaçmaqla, yeriməklə və tullanmaqla hərəkət edir.
Quruda yaşayan heyvanlar içərisində otyeyən məməlilər üstünlük təşkil edir. Bunlar
cütdırnaqlılar dəstəsinin nümayəndələri, məsələn, maral, antilop, zürafə, keçi, qoyun,
inək və s. kimi heyvanlardır. Təkdırnaqlılar (at, zebr, eşşək), dovşankimilər də otyeyənlərə
aiddir.
Mətnə uyğun şəkil tapın (məsələn, İnternetdən) və onu
sənədə əlavə edin.
Yeni sətirdən aşağıdakı mətni yığın:
Siçanın göstəricisini şəklin üzərinə aparın və sağ düyməni
çıqqıldadın.
Açılan kontekst menyusundan Text Wrapping sətrini, onun
alt menyusundan isə Square bəndini seçin.
Şəkli sürükləyib səhifənin istədiyiniz yerinə aparın.