Bəzən sənədə əlavə etdiyiniz şəklin yeri sizi qane etmir. Məsələn, tutaq ki, siz şəklin iki abzasın arasında deyil, mətnlə əhatə olunmasını, yaxud səhifənin sağ yuxarı küncündə yerləşməsini istəyirsiniz. Yəqin ki, dərsliklərinizdə, başqa çap məhsullarında
belə hallara çox rast gəlmisiniz. Şəkilləri sənədin istədiyiniz yerinə yerləşdirmək üçün Word mətn prosessorunun rəsm alətləri (Picture Tools) panelində iki alət nəzərdə tutulub: Position və Text Wrapping.Rəsm alətləri panelini açmaq üçün siçanın göstəricisini şəklin üzərinə aparıb sol düyməni ikiqat çıqqıldatmaq lazımdır.
Mətn redaktorlarında sənədə dekorativ mətnlər – xüsusi mətn effektləri əlavə etmək imkanı olur. Bunun üçün WordArt aləti nəzərdə tutulub.