Bəzən işlədiyiniz proqram "donur". Ora-bura çıqqıldatmağınız və klaviaturanın müxtəlif klavişlərini basmağınız da heç bir nəticə vermir. Doğrudur, əməliyyat sistemi özü problemi tapıb aradan qaldırmağa cəhd edir.
Ancaq sizin gözləməyə vaxtınız yoxdursa, Task Manager adlı xidməti proqramın köməyilə özünüz “asılıb qalmış” proqramın işini sona çatdıra bilərsiniz. Bu üsulla vaxtınıza qənaət etsəniz də, nəzərə alın ki, yadda saxlanılmamış bütün verilənlər itəcək. Əgər üzərində işlədiyiniz sənəd sizin üçün çox vacibdirsə və onun saxlanmasını istəyirsinizsə, bir neçə dəqiqə gözləyin və əməliyyat sisteminə problemi həll etməyə imkan verin.