• | Fərdi kompüterinizdə gərəksiz hesab etdiyiniz proqramlar və ya başqa fayllar varmı? Belə faylları aşkarladıqda nə edirsiniz? |
• | Proqramın və ya kompüterin "donması" ("asılıb qalması") nə deməkdir? Bu hal baş verəndə nə edirsiniz? |
Zaman keçdikcə kompüterdə istifadəçiyə bir daha gərək olmayacaq müəyyən fayllar toplanır. Məsələn, veb-səhifələrə baxarkən müvəqqəti fayllar yarana bilir. Əlbəttə, hər kəs diskdə artıq yer tutan belə faylları tapıb silmək istəyər. Diski onlardan təmizləmək üçün Disk Cleanup xidməti proqramı nəzərdə tutulub.