Kompüterin həm aparat, həm də proqram təminatının işini idarə edən, istifadəçi ilə kompüter arasında "vasitəçilik" edən proqramın əməliyyat sistemi olduğunu bilirsiniz. Zövqlər, istəklər, tələbatlar müxtəlif olduğundan bəzən əməliyyat sisteminin özünü kökləməyə, onun müəyyən parametrlərini dəyişdirməyə ehtiyac yaranır. Ötən il siz iş masasının nizamlanması ilə tanış oldunuz. Bu zaman siçanın sağ düyməsinin köməyilə açılan kontekst menyularından istifadə etdiniz.
Windows əməliyyat sistemi və onun elementlərinin köklənməsi üçün bütün alətlər Control Panel (İdarәetmә paneli) adlandırılan bir qrupda birləşdirilib.
Uyğun aləti seçməklə, məsələn, əməliyyat sisteminin dil kökləmələrini, yaxud pəncərələrin və Start menyusunun xarici görünüşünü dəyişdirmək, kompüterdə yeni istifadəçi yaratmaq olar.