Bu əsas musiqi formatlarından savayı çoxlu başqa formatlar da vardır, məsələn: au və aiff.
Səslərin yazılışı, eləcə də faylların bir formatdan başqasına çevrilməsi xüsusi proqram təminatının köməyi ilə həyata keçirilir. Belə proqram təminatlarını İnternetdə tapmaq üçün www.google.com saytında "sound conversion software" sözlərinə görə axtarış aparmaq olar.
Video informasiyanın kodlaşdırılması zamanı həm görüntülər (kadrlar) ardıcıllığını, həm də səsi yazmaq tələb olunur. Bu halda verilənlərin ümumi həcmini azaltmaq üçün müxtəlif üsullardan istifadə olunur. Məsələn, iki qonşu kadr arasında yalnız fərqlər yazılır.
Araşdıraq-
öyrәnәk