Kompüterin səs kartında əks çevirməni, yəni rəqəmsal verilənləri analoq siqnallara (səsə) çevirən qurğu da olur. Rәqәm-analoq çeviricisi (digital-to-analog converter, DAC) adlandırılan bu qurğu qəbul etdiyi rəqəmsal verilənləri analoq siqnallara çevirərək qulaqlığa, yaxud səsucaldanlara ötürür. Bu qurğular isə həmin analoq siqnalları səs şəklində çıxışa verir.
Rəqəm-analoq çeviricisi, eləcə də analoq-rəqəm çeviricisi başqa qurğularda da olur. Məsələn, kompakt-disk pleyerində (MP3-pleyerində) rəqəm-analoq çeviricisi qoyulub ki, o da diskdən oxuduğu rəqəmsal verilənləri musiqi şəklində səsləndirilən analoq siqnala çevirir.
Səsin bu üsulla kodlaşdırılmasında müəyyən xətalar olur, çünki rəqəm-analoq çeviricisindən alınan siqnal orijinal siqnaldan bir qədər fərqlənir. Bu fərqi, əsasən, yüksəkkeyfiyyətli orkestr musiqisinin yazılması və səsləndirilməsi zamanı duymaq mümkündür.
Kompüterdə başqa verilənlər kimi səslər də fayllarda saxlanılır. Kompüterdə əsasən üç növ səs faylından (audiofayldan) istifadə olunur: wav, mp3 və midi.
WAV. Bu formatlı fayl rəqəmli şəkildə musiqi parçalarından ibarət olan səs faylıdır. Wav (ingiliscə wave – dalğa) fayllarında əslində Windows’da eşitdiyiniz, eləcə də özünüz yazdırdığınız bütün səslər saxlanılır.
Sözlük
• Analoq siqnalMP3. Bu fayllar diskdə az yer tutması üçün sıxılmış səs fayllarıdır. MP3 faylının hər dəqiqəsi təxminən 1 Mbaytdır. Demək olar ki, istənilən səsi mp3 formatına çevirmək olar.
MIDI. MIDI fayllarında notlar və həmin notların səsləndirildiyi musiqi alətləri haqqında informasiya olur. Sintezator melodiyanı notlarla işləyən musiqiçi kimi səsləndirir.