Belə kodlaşdırma sistemi
CMYK adlanır ("smik" kimi oxunur); qara
rəng K hərfi ilə göstərilib ki, göy rəngdən ayrılsın.
Çox yüksək dəqiqlik tələb olunmadıqda rəngi göstərmək üçün daha az sayda bitdən
istifadə olunur. Məsələn, görüntülərin 16 bitlik ikilik ədədlər vasitəsilə kodlaşdırılması
High Color adlanır. Belə görüntülərin həcmi (diskdə tutduğu yer) tam rəngli (True
Color) görüntülərlə müqayisədə daha az olur (əlbəttə, keyfiyyət də aşağı olur).
Araşdıraq-
öyrәnәk
Paint qrafik redaktorunda BMP formatında olan hər hansı rəngli şəkil açın. Həmin şəkli
müxtəlif kodlaşdırma (Monochrome Bitmap, 16 Color Bitmap, 256 Bitmap, 24-bit
Bitmap) sxemlərində saxlayın. Paint proqramını qapadın və faylları saxladığınız
qovluğa keçin. Saxlanmış faylların ölçülərini müqayisə edin və onlar arasındakı fərqin
səbəbini izah etməyə çalışın.