Qrup üzərində aparılan əməliyyatlar onu təşkil edən bütün obyektlərə aid olur. Ancaq bəzən qrupa daxil olan hər hansı bir obyekt
üzərində müəyyən dəyişiklik etmək lazım gəlir. Bunun üçün qruplaşdırmanın əksi
olan əməliyyatdan –
qrupdan çıxartmadan (Ungroup komandası) istifadə olunur.
Google SketchUp proqramında siz artıq sadə üçölçülü fiqurlar hazırlamısınız.
OpenOffice.org Draw proqramı üçölçülü qrafika ilə işləmək üçün də geniş imkanlara
malikdir.