3
VEKTOR REDAKTORUNDA İŞ
• Qrafik primitivlər nədir?
• Google SketchUp proqramında hansı qrafik primitivlərdən istifadə etmisiniz?
Fәaliyyәt
  1. Paint qrafik redaktorunda aşağıdakı şəkli çəkin.
  2. Bu fiqurların üst-üstə yerləşmə ardıcıllığını dəyişməyə çalışın.
  3. OpenOffice.org Draw vektor redaktorunu başladın.
  4. Drawing (Rəsm) alətlər zolağında Basic Shapes düyməsini çıqqıldadın. (Drawing zolağı, adətən, proqramın baş pəncərəsinin aşağı hissəsində olur. Əgər o, ekranda yoxdursa, View⇨Toolbars menyu komandası vasitəsilə onu aktivləşdirin.)
  5. Açılan siyahıdan öncə kvadrat, sonra üçbucaqlı və nəhayət, çevrə alətini seçərək yuxarıdakı şəkli çəkin.
  6. Kvadrat obyektini seçdirin və Modify⇨Arrange⇨Bring to Front menyu bəndini () seçin. Seçdirilmiş kvadrat o biri obyektlərin önünə keçəcək.
    Nәticәni müzakirә edәk:
    - Nə üçün vektor qrafik redaktorunda asan yerinə yetirdiyiniz əməliyyatı rastr qrafik redaktorunda yerinə yetirmək mümkün olmadı?

Vektor qrafik redaktorunda əməliyyatların özəlliyi ondadır ki, həndəsi fiqurlar (obyektlər) çəkildikdən sonra da "sərbəst" qalır. Yəni vektor görüntünü təşkil edən ayrı-ayrı obyektlər üzərində istənilən zaman əməliyyatlar aparmaq olar. Rastr görüntülərdə isə belə deyil: həndəsi fiqurlar (obyektlər) yalnız çəkildikləri anda "sərbəst" mövcud olur, sonra onlar, sadəcə, rəngli nöqtələr yığınına çevrilir.

Sözlük

Qat
Qruplaşdırma
Qrupdan çıxartma

Vektor qrafik redaktorunda çəkilən hər qrafik primitiv ayrıca qatda yerləşir. Başqa sözlə, vektor görüntülər onu təşkil edən obyektlərin sayı qədər qatdan ibarət olur. Vektor görüntülərdə obyektlər vizual olaraq
bir-birini örtsələr də, bu obyektlər əslində tam sərbəstdir.

Vektor redaktorunda çəkilmiş qrafik primitivləri qruplaşdıraraq (birləşdirərək) bir vahid obyekt yaratmaq mümkündür. Qruplaşdırma əməliyyatı (Group komandası) ilə ötən dərsdə tanış oldunuz.