Araşdıraq-
öyrәnәk
“Fəaliyyət” blokunda yaradılan alqoritm.odg və alqoritm.jpg fayllarının saxlandığı qovluğa
keçin. Öncə həmin faylların diskdə tutduqları yerləri müqayisə edin. Sonra bu
faylları uyğun olaraq OpenOffice.org Draw və Paint proqramlarında açın. Görüntüləri
bir neçə dəfə böyüdüb onların keyfiyyətini (cizgilərin dəqiqliyini) müqayisə edin.
Gördüyünüz nəticələr öyrəndiyiniz biliklərə uyğun gəlirmi?