Bundan başqa, bu proqramın köməyi ilə veb-səhifələr üçün müxtəlif
idarəetmə elementləri (düymələr, mətn boksları, radio düymələri və s.) yaratmaq
olar.
Yaradılmış rəsmləri proqramın öz formatında – ODG formatında saxlamaq, eləcə
də BMP, GIF, JPEG, PNG, TIFF və WMF də daxil olmaqla bütün tanınmış
formatlara çevirmək olar.
Addım-addım
OpenOffice.org Draw proqramını başladın. Proqramın baş pəncərəsi açılacaq.
Rəsm sahəsinin ölçülərini və səmtini müəyyənləşdirmək üçün göstəricini rəsm
sahəsinə aparıb siçanın sağ düyməsini çıqqıldadın.
Açılan qısayol menyusundan Page⇨PageSetup
bəndini seçin. Uyğun dialoq boksu açılacaq.
Paper format bölümündə kağızın formatını, onun
yönünü (Landscape), qıraqlardan boşluq sahələrini
quraşdırın.
Rəsmdə yüksək dəqiqlik üçün çəkiləcək fiqurları
tora bağlamaq və toru görünən etmək üçün yenə də rəsm sahəsində qısayol menyusunu
açın və Grid bəndində torun parametrlərini göstərən bəndləri aktivləşdirin.
Proqram pəncərəsinin aşağı qırağı boyunca yerləşmiş ellips (Ellipse) düyməsini
çıqqıldadın və rəsm sahəsində uyğun fiquru çəkin. Sonra yazı (Text) düyməsini seçin
və ellipsin içərisinə Başlanğıc sözünü yazın.
Eyni qayda ilə düzbucaqlı
(Rectangle) və sonra yenə də
ellips çəkib içərilərinə uyğun
olaraq Komandalar seriyası
və Son sözlərini yazın.
Line Ends with Arrow düyməsini
çıqqıldadın və çəkdiyiniz
fiqurları oxlarla birləşdirin.
Xətti alqoritmin ümumi
blok-sxemi alındı.
Ayrı-ayrı obyektlərdən ibarət
blok-sxemin bütövlükdə yerini
dəyişmək, yaxud üzünü köçürmək
üçün həmin obyektləri qruplaşdırmaq lazımdır. Bunun üçün öncə bildiyiniz
üsulların birindən istifadə etməklə obyektlərin hamısını seçdirin. Sonra göstəricini
seçdirilmiş sahəyə aparıb siçanın sağ düyməsini çıqqıldadın. Açılan qısayol menyusundan
Group komandasını seçin. İndi seçdirilmiş obyektlərin hamısı bir qrupda
birləşəcək.