word processor ~ текстовый процессор ~ kelime işlemci ~ mәtn
prosessoru – istənilən növ çap informasiyasının istehsalı (yığılması,
redaktəsi, formatlanması, çapı) üçün nəzərdə tutulmuş tətbiqi kompüter
proqramı növü.
worksheet ~ рабочий лист ~ işlem tablosu ~ iş vәrәqi – elektron
cədvəl proqramı vasitəsilə yaradılan və istifadə olunan verilənlər faylı,
yaxud onun ayrıca bir hissəsi. Elektron cədvəl faylına iş kitabı, yaxud,
sadəcə, kitab da deyilir. İş kitabı bir neçə iş vərəqindən ibarətdir və ona
yeni vərəqlər artırmaq olur.
workstation ~ рабочая станция ~ iş istasyonu ~ iş stansiyası –
şəbəkə mühitində, yaxud müştəri-qulluqçu mühitində istifadə olunan
fərdi kompüterləri göstərmək üçün ümumi termin.
World-Wide Web (WWW) ~ Всемирная паутина, Сеть ~ dünya
çapında ağ ~ Dünya hörümçәk toru – İnternetə qoşulmuş müxtəlif
kompüterlərdə saxlanılan bir-birilə əlaqəli sənədlərə erişmək imkanı
verən paylanmış sistem. “Dünya hörümçək toru” termininin əvəzinə
çox zaman, sadəcə, “veb” (ingiliscə web – “hörümçək toru”) sözündən
və ya WWW abreviaturasından istifadə olunur.