tree ~ дерево ~ ağaç ~ ağac – verilənlərin bir kök və bir neçə budağı
olan iyerarxik struktur şəklində təşkil olunması üsulu. Adi ağacdan
fərqli olaraq, ağacşəkilli struktur, adətən, “baş-ayaq” təsvir olunur.
turtle ~ черепашка ~ kaplumbağa ~ bağa – kompüter ekranında
göstərici rolunu oynayan, adətən, üçbucaqlı və ya tısbağa şəklində kiçik
fiqur.
utility ~ утилита ~ yardımçı ~ utilit – müəyyən funksiyanı yerinə
yetirmək üçün nəzərdə tutulmuş kiçik proqram, məsələn, redaktor və ya
sazlayıcı.
wallpaper ~ обои ~ duvar kağıdı ~ divar kağızı – kompüter texnikasında:
qrafik əməliyyat sistemlərində iş masasının tərtibatı üçün
görüntü. İş masası üçün divar kağızı kimi istifadə olunan görüntülər,
adətən, rastr görüntülər olur və ölçüləri ekranın çözümlülüyünə uyğun
olur ki, (məsələn, 1024×768 və ya 1280×1024 piksel) bütün ekranı
tutsun.
web browser (= browser) ~ браузер, веб-обозреватель ~ web
tarayıcısı, ağ gözatıcısı ~ veb brauzer
– İnternetdə veb-saytlara baxmaq,
yəni veb-səhifələrə sorğu vermək, onları emal etmək, ekrana
çıxarmaq və bir səhifədən başqasına keçmək üçün proqram təminatı.
web page ~ веб-страница ~ ağsayfası ~ veb-sәhifә – Veb-də yerləşdirilmiş
HTML-sənəd.
web server ~ веб-сервер ~ web sunucusu ~ veb-server – istifadəçilərə
İnternet və intranet şəbəkələrinin xidmətlərinə və veb-səhifələrə
erişməyə imkan verən kompüter. Bu funksiyanı yerinə yetirən proqram
təminatına da veb-server deyilir.
web site (site) ~ веб-сайт ~ web sitesi ~ veb-sayt – ümumi ad, mövzu
və naviqasiya sistemi ilə bağlı olan veb-səhifələr qrupu.
window ~ окно ~ pencere ~ pәncәrә – tətbiqi proqram, yaxud onun
bir hissəsi ilə qarşılıqlı əlaqədə olmaq üçün monitorun ekranında müəyyən
düzbucaqlı sahə. Pəncərələri təyinatından asılı olaraq üç növə
ayırmaq olar: proqram pəncərəsi, sənəd pəncərəsi və dialoq boksu.
wizard ~ мастер ~ sihirbaz ~ sehrbaz – proqramla iş zamanı istifadəçiyə
ipucu, yaxud başqa faydalı informasiya verən yardımçı funksiya.
Adətən, “sehrbazlar” yeni başlayanlar üçün faydalı olur.