setup ~ установка ~ kurmak ~ quraşdırma – proqram təminatında:
proqramın kompüterdə və ona qoşulmuş qurğularda işləməsi üçün
hazırlanması proseduru.
shortcut ~ ярлык ~ kısayol ~ qısayol – obyektin, proqramın, yaxud
komandanın göstəricisi olan və özündə əlavə informasiya saxlayan fayl.
“Əlverişsiz” yerlərdə saxlanılan proqramları tez başlatmaq üçün çox
zaman iş masasında onların qısayolları yaradılır.
software ~ программное обеспечение ~ yazılım ~ proqram
tәminatı – hesablayıcı maşının proqramları; maşının aparat vasitələrini
işləməyə məcbur edən komandalar.
source code (SRC) ~ исходный код ~ kaynak kodu ~ ilkin kod –
yüksək səviyyəli dildə, yaxud assemblerdə yazılmış və insanın oxuduğu
proqram deyimi; bunun əksinə, proqramın obyekt kodu ilkin koddan
alınır və onu yalnız kompüter başa düşür.
statement ~ оператор ~ deyim ~ deyim – proqramlaşdırma dilində ən
kiçik icra elementi. Ümumiyyətlə, proqramın hər bir sətri ayrıca
deyimdir. Çox zaman yanlış olaraq “operator” kimi işlədilir.
status bar ~ строка состояния ~ durum çubuğu ~ status zolağı –
proqram pəncərəsinin aşağısında yerləşən və istifadəçi üçün vacib
informasiyanı göstərən zolaq.
storage ~ запоминающее устройство (ЗУ) ~ depolama, bellek ~
yaddasaxlama qurğusu – hesablama texnikasında: verilənlərin saxlandığı
istənilən xarici qurğu.
taskbar ~ панель задач ~ görev çubuğu ~ tapşırıqlar zolağı –
Windows əməliyyat sistemində: ekranın aşağısında məsələlərin siyahısından
ibarət üfüqi zolaq. Tapşırıqlar zolağı iş masasının yuxarı, sol və
ya sağ qırağına da yerləşdirilə bilər.
title bar ~ строка заголовка ~ başlık çubuğu ~ başlıq zolağı – qrafik
istifadəçi interfeysində: pəncərənin yuxarı sərhədində şaquli zolaq;
burada pəncərənin (proqramın) və bəzi düymələr olur.
topology ~ топология ~ topoloji ~ topologiya – lokal şəbəkədə qurğular
arasında yaranan konfiqurasiya. Şəbəkələrin əksəriyyəti üç təməl
topologiyaya əsaslanır: şin, halqa və ulduz.