printer ~ принтер ~ yazıcı ~ printer – informasiyanı kağız daşıyıcıda
qeyd (çap) etmək üçün qurğu, yəni sənədin bərk (kağız) üzünü
yaratmaq üçün nəzərdə tutulmuş çıxış qurğusu.
RAM (random access memory) ~ оперативная память, оперативное запоминающее устройство (ОЗУ), память прямого доступа, память с поизвольной выборкой ~ rastgele erişmli bellek ~
ixtiyari erişimli yaddaş, operativ yaddaş – birbaşa mərkəzi
prosessorla bağlı olan və onun əməliyyatlarında bilavasitə iştirak edən
verilənləri saxlamaq üçün nəzərdə tutulmuş yaddasaxlama qurğusu.
resolution ~ разрешающая способность ~ çözünürlük ~ çözümlülük
– görüntünün dəqiqliyini müəyyənləşdirən xarakteristika.
Görüntü displeyə çıxarıldıqda onun çözümlülüyü ekrandakı piksellərin
sayı ilə müəyyən olunan bir düymdəki nöqtələrin sayına, printerə
çıxarıldıqda isə bir düymdəki nöqtələrin sayına deyilir.
screen saver ~ хранитель экрана ~ ekran koruyucusu ~ ekran
qoruyucusu – istifadəçi kompüterdə işləmədiyi zaman ekranı söndürən,
yaxud ekrana hərəkət edən görüntü çıxaran proqram.
screenshot ~ снимок экрана ~ ekran görüntüsü ~ ekran görüntüsü
– ayrıca anda kompüterin ekranında olan görüntünü, yaxud onun bir
hissəsini köçürməklə (kopiyalamaqla) yaradılan şəkil.
scroll bar ~ полоса прокрутки ~ kaydırma çubuğu ~ fırlatma
zolağı – qrafik istifadəçi interfeyslərində: pəncərənin sağ, yaxud aşağı
qırağında yerləşən və pəncərəyə yerləşməyən sənədi fırlatmaq üçün
nəzərdə tutulmuş şaquli, yaxud üfüqi zolaq.
search ~ поиск ~ arama ~ arama, axtarış – faylın, yaxud müəyyən
verilənlərin yerləşmə yerinin tapılması.
search engine ~ поисковая система ~ arama motoru ~ axtarış
sistemi – veb-də informasiyanı açar sözlərə, mövzulara və başqa əlamətlərə
görə axtarmağa imkan verən proqram (məsələn, AltaVista,
Excite, Google, HotBot, Infoseek, Lycos, Magellan, Rambler, Yahoo!).
sector ~ сектор ~ kesim ~ sektor – diskdə verilənlərin saxlandığı sahənin
bir hissəsi. Diskin üst və alt üzləri var, onların hər birində dairəvi
cığırlar və sektorlar var. Diskinin hər bir cığırı formatlama zamanı müəyyən
ölçülü (adətən, 512 bayt) sektorlara bölünür.