label ~ 1. Этикетка ~ etiket ~ yarlıq – disketin və ya hər hansı
qurğunun üzərində etiket; faylın, verilənlərin saxlandığı qurğunun
bölümünü, proqramın və ya sənədin elementini tanıtmaq (identifikasiya
etmək) üçün söz, simvol, simvollar qrupu.
2. Метка ~ etiket ~ nişan – elektron cədvəllərdə: xanalar qrupunu,
adlandırılmış kəmiyyəti və ya düsturu identifikasiya edən təsviri ad
(məsələn, “Gəlir” və ya ”Çıxar”).
3. Метка ~ etiket ~ nişan – diaqramda: qrafikin oxu üzərindəki nişanı
identifikasiya edən söz, ad və ya ədəd.
LAN (Local Area Network) ~ локальная вычислительная сеть,
ЛВС ~ yerel alan ağı, YAA ~ yerli hesablama şәbәkәsi, lokal
hesablama şәbәkәsi – nisbətən məhdud ərazidə yerləşmiş və rabitə
xətləri ilə birləşdirilmiş kompüterlər və başqa qurğular qrupu.
machine code ~ машинный код ~ makina kodu ~ maşın kodu –
assembler dilindən, yaxud C və ya Pascal kimi istənilən yüksək səviyyəli
dildən translyasiyanın son nəticəsi; mikroprosessor tərəfindən yüklənən
və yerinə yetirilən 1 və 0-ların ardıcıllığından ibarət olur.
mainframe computer (= mainframe) ~ мейнфрейм ~ ana bilgisayar
~ meynfreym kompüteri – daha intensiv hesablamalar tələb
edən məsələlər üçün işlənib hazlırlanmış yüksək güclü kompüter.
Meynfreymlər, adətən, ona qoşulmuş terminallarda eyni vaxtda işləyən
çoxlu istifadəçilər tərəfindən istifadə olunur.
media ~ носитель ~ ortam ~ vasitә, daşıyıcı – verilənləri ixtiyari
formada saxlayan, yaxud onları başqa yerə ötürmək üçün istifadə olunan
materiallar (məsələn: kağız, maqnit diski, maqnit lenti və s.).
megabit (Mbit) ~ мегабит ~ megabit ~ meqabit – adətən, 1048576
bit, ancaq bəzən bir milyon bit kimi yorumlanır (interpretasiya olunur).
megabyte (MB) ~ мегабайт ~ megabayt ~ meqabayt – 1 milyon
bayt, yəni 1048576 bayt (220).
megabyte (MB) ~ мегабайт ~ megabayt ~ meqabayt - 1 milyon bayt, yəni 1048576 bayt (220).
megapixel ~ мегапиксел ~ megapiksel ~ meqapiksel – bir milyon
piksel; rəqəmsal kameraların, skanerlərin və başqa qurğuların çözümlülük
dərəcəsini göstərmək üçün bu termindən istifadə olunur. Məsələn,
1024x1024 pikselli görüntünü çox zaman meqapiksel adlandırırlar.
modem ~ модем ~ modem ~ modem – informasiyanı kompüterdən
adi telefon xətti ilə ötürməyə imkan verən rabitə qurğusu.