drag ~ перетаскивать ~ sürüklemek ~ sürüklәmәk – qrafik istifadəçi
interfeysində: görüntünü və ya obyekti “tutmaq” və yeni mövqeyə
“dartmaq” yolu ilə ekranın bir yerindən başqa bir yerinə aparılması.
extension ~ расширение ~ uzantı ~ uzantı – faylın adını tamamlamaq
və ya faylı təsvir etmək məqsədilə onun adına artırılan simvollar yığını.
file ~ файл ~ dosya ~ fayl – adı olan bitkin informasiya toplusu (məsələn,
proqram); proqramın istifadə etdiyi verilənlər yığını; və ya
istifadəçinin yaratdığı sənəd.
folder ~ папка ~ dizin ~ qovluq – qrafik istifadəçi interfeysində:
proqramların və faylların saxlanma yeri. Ekranda simvolik olaraq
qovluq şəklində olan qrafik simgə ilə göstərilir. Qovluq müəyyən
anlamda kataloq ilə eynidir.
font ~ шрифт ~ yazı tipi ~ şrift – eyni üsluba (məsələn, Courier), şəklə
(məsələn, kursiv), qalınlığa (məsələn, yarımqalın) və ölçüyə malik olan
simvollar yığını.
gigabyte (GB) ~ гигабайт ~ gigabayt ~ giqabayt – dəqiq anlamda:
bir milyard bayt. Dəqiq qiyməti çox zaman kontekstdən asılı olaraq
dəyişir: kompüterlərdə baytların sayı (miqdarı) çox zaman ikinin
qüvvəti olan ədədlə ifadə olunur, buna görə də giqabayt, həm 1000
Mbayt, həm də 1024 Mbayt, yəni 230 (1 048 576) bayt kimi göstərilə
bilər.
graph ~ граф ~ çizge ~ qraf – proqramlaşdırmada: öz aralarında
ixtiyari qaydada (tillər vasitəsilə) birləşmiş müəyyən sayda (sıfır da ola
bilər) təpədən ibarət olan verilənlər strukturu.
hexadecimal (hex) ~ шестнадцатиричная система счисления ~
onaltılı sayı sistemi ~ onaltılıq say sistemi – 0-dan 9-dək rəqəmlərdən
və A-dan (onluq 10 ədədinin ekvivalenti) F-dək (15 ədədinin
ekvivalenti) baş hərflərdən təşkil olunmuş, əsası 16 olan say sistemi.
Internet Service Provider (ISP) ~ поставщик услуг Internet,
Интернет-провайдер ~ İnternet servis sağlayıcısı ~ İnternet
xidmәt provayderi – hüquqi və fiziki şəxslərə İnternet xidmətlərindən
istifadə etmək (İnternetə erişmək) imkanı verən qurum.
italic ~ курсив ~ italik ~ kursiv – çapdan və ya təsvirdən sağa bərabər
əyilimi olan şrift şəkli. Kursivlə, adətən, əcnəbi sözləri, başlıqları,
texniki terminləri və sitatları seçdirirlər.