siçanın aktiv düyməsi basılır) və ya bu hərəkətdən vaz keçmək məqsədilə,
eləcə də proqramı və ya müəyyən funksiyanı aktivləşdirmək
üçün edilir.
copy ~ копировать ~ kopyalamak ~ kopiyalamaq, köçürmәk –
informasiyanın təkrarlanması və onun sənədin başqa hissəsində, başqa
faylda, yaddaşın başqa sahəsində və ya başqa bir daşıyıcıda əks
etdirilməsi.
cursor ~ курсор ~ imleç ~ kursor – klaviaturada yığılan simvolların
görünmə yerini bildirmək üçün xüsusi ekran indikatoru. Adətən, yanıbsönən
altcizgi simvolu və ya düzbucaqlı şəklində olur.
desktop ~ рабочий стол ~ masaüstü ~ iş masası – kompüterin ekranında:
üzərindəki simgələr və menyu vasitəsilə masanın səthini modelləşdirən
iş sahəsi. Adi (fiziki) iş masasında kağızlarla, yaxud başqa
obyektlərlə necə hərəkət edilirsə, burada da siçanın köməyilə obyektlərlə
bənzər hərəkətləri etmək olar. Windows əməliyyat sistemində iş
masası hər bir istifadəçi üçün xüsusi kataloqdur. Adətən, orada çoxlu
sayda proqram fayllarının qısayol simgələri olur.
dialog box ~ диалоговое окно ~ iletişim kutusu ~ dialoq boksu –
qrafik istifadəçi interfeysində: istifadəçinin cavabı zəruri olduqda
sistemin və ya tətbiqi proqramın çıxardığı xüsusi pəncərə.
digit ~ цифра ~ rakam ~ rәqәm – say sistemində ədədi ifadə etmək
üçün istifadə olunan simvollardan biri. İstənilən say sistemində
mümkün rəqəmlərin sayı həmin sistemin əsasına bərabərdir.
digital-to-analog converter (DAC) ~ цифро-аналоговый преобра-
зователь (ЦАП) ~ sayısal-örneksel dönüştürücü ~ rәqәm-analoq
çeviricisi – rəqəmsal verilənləri analoq siqnala çevirən qurğu.
directory ~ каталог ~ dizin ~ kataloq – diskdə saxlanılan tabe fayl
və kataloqların adlarının siyahısı; istifadəçini çox böyük sayda fayllarla
işləmək gərəkliyindən qurtarmaq üçün diskdə olan faylların təşkili və
qruplaşdırılması üsulu. Ən yüksək səviyyəli kataloq kök kataloq adlanır;
başqa kataloqun içərisində olan kataloqlara altkataloqlar deyilir.
Windows və Mac OS əməliyyat sistemlərində kataloqlara “qovluq”
deyilir.
download ~ загрузка ~ indirmek ~ endirmәk – rabitə sistemlərində:
faylın surətinin (kopiyasının) uzaq kompüterdən sorğu verən kompüterə
modem və ya şəbəkə xətləri vasitəsilə verilməsi prosesi.