(“kiçik daş”) sözündən götürülüb (qədim hesablama aləti olan abakda
kiçik daşlardan istifadə olunurdu). İlk elektron əl kalkulyatoru 1967-ci
ildə Texas Instruments şirkəti tərəfindən buraxılıb.
call ~ вызывать ~ çağırmak ~ çağırmaq – proqramda idarəetmənin
kodun müəyyən bir bölməsinə (çox zaman hər hansı altproqrama)
verilməsi; bu zaman çağırılmış bölmənin işi başa çatdıqdan sonra əsas
proqramın işinin çağırılma nöqtəsindən davam etdirilməsi üçün bütün
informasiyalar yadda saxlanılır.
caption ~ заголовок ~ başlık ~ başlıq – 1. Sənədin başlığı. 2. Pəncərənin
başlığı.
card ~ плата ~ kart ~ kart – çox zaman kompüterin funksional imkanlarını
genişləndirmək üçün ona qoyulan çap lövhəsinə və ya
adapterə aid edilən termin.
cell ~ ячейка ~ hücre, göze ~ xana – 1. Elektron cədvəllərdə: sətirin
və sütunun kəsişdiyi yer.
2. Yaddaşın (ada və ya nömrəyə görə) ünvanlanabilən elementi.
central processing unit (CPU) ~ центральный процессор (ЦП) ~
merkezi işlem birimi ~ mәrkәzi prosessor – kompüterin hesablama
və idarəetmə bloku; komandaları interpretasiya edən və çalışdıran
qurğu.
channel ~ канал ~ kanal ~ kanal – 1. İki qurğu arasında informasiyanın
ötürüldüyü yol və ya birləşmə. Kanal kompüterlərə nəzərən
daxili və ya xarici ola bilər. Kompüterin daxili mühitində “şin”
adlandırılır və sistemin komponentləri (məsələn, klaviatura və yaddaş)
onun vasitəsilə verilənlərin mübadiləsini həyata keçirir.
2. Rabitə sistemlərində: informasiyanın ötürülməsi üçün daşıyıcı; bu
anlamda “xətt” terminindən də istifadə olunur.
character ~ символ ~ karakter ~ simvol – hərf, rəqəm, durğu işarəsi
və ya hər hansı başqa xüsusi işarə və ya idarəedici kod, məsələn: A, 3
və ya &. Simvolun ekranda və ya kağızda vizual görüntüsü olmaya da
bilər; məsələn, boşluq simvolu hərf və ya rəqəm kimi bir simvoldur.
click ~ щелчок, щелкнуть ~ tık, tıklamak ~ çıqqıltı, çıqqıldatmaq
– kompüter siçanını hərəkət etdirmədən onun düyməsini bir dəfə basıb
tez də buraxmaq. Adətən, bu hərəkət hər hansı bir elementi seçmək (bu
zaman siçanın göstəricisi seçilən obyektin “üzərində” yerləşdirilir və