base ~ oснование ~ taban ~ әsas – konkret say sistemində istifadə
olunan rəqəmlərin sayı. Kompüterlərdə dörd say sistemi tətbiq edilir:
onluq, ikilik, səkkizlik və onaltılıq. Məlum onluq say sistemində on
rəqəmdən (0-dan 9-dək), ikilik (2-əsaslı) sistemdə iki rəqəm – 0 və 1
istifadə olunur; onaltılıq (16-əsaslı) sistemdə isə on altı simvol (0-dan
F-dək) var ki, burada 10-dan 15-dək rəqəmlər ingilis (latın) əlifbasının
A-dan F-dək hərfləri ilə əvəz edilir. Ədədin hər hansı say sistemində
yazılışında onun əsasını çox zaman ədəddən sonra mötərizədə aşağı
indeksdə göstərirlər, məsələn: 24AE(16).
bit (binary digit) ~ бит (двоичная цифра) ~ ikil ~ bit (ikilik rәqәm)
– ikilik say sistemində istifadə olunan iki işarədən (0 və 1) biri.
board ~ плата ~ kart ~ lövhә, kart – üzərində elektron komponentlər
və onları birləşdirən cərəyanötürücü cığırlar olan yastı lövhələri
bildirmək üçün ümumi termin. Kompüterin mikroprosessorunun
yerləşdiyi əsas lövhə ana lövhə adlanır.
buffer ~ буфер ~ arabellek ~ bufer – verilənləri saxlamaq üçün aralıq
yer: verilənləri yaddasaxlama qurğusunda yerləşdirənə qədər və ya
oradan oxuduqdan sonra müvəqqəti saxlamaq üçün yaddaşda ayrılmış
yer (sahə). Çox zaman verilənlərin ötürülməsi, yaxud giriş-çıxış əməliyyatını
sürətləndirməyə yardım edir. Printer kimi bəzi qurğuların və
ya onlara qoşulan adapterlərin öz buferləri olur.
bullet ~ маркер ~ madde imi ~ nişan – dar anlamda: kiçik mətn
fraqmentini və ya siyahının hər bir elementini seçdirmək üçün nöqtə
(dairəcik). Bu məqsədlə çox zaman başqa cür nişanlardan, məsələn,
kvadratlar və müxtəlif dekorativ işarələr də istifadə olunur.
bus ~ шина ~ veri yolu ~ şin – kompüterin ayrı-ayrı elementləri arasında
verilənlərin ötürülməsi üçün nəzərdə tutulmuş elektrik keçiriciləri
qrupu.
byte (bunary term) ~ байт (двоичный элемент) ~ bayt, sekiz ikil
~ bayt (ikilik element) – informasiyanın səkkiz bitdən ibarət olan ölçü
vahidi; texnikada və verilənlərin saxlanması sistemlərində: tək simvolun,
məsələn, hərfin, rəqəmin və ya durğu işarəsinin ekvivalenti.
cache ~ кэш ~ önbellek ~ keş – yaddaşın xüsusi altsistemi. Keş yaddaşında
tez-tez istifadə olunan verilənlərin qiymətləri saxlanılır ki,
bunun da nəticəsində onlara erişmək çox sürətlə baş verir.
calculator ~ калькулятор ~ hesap makinesi ~ kalkulyator – ədədlər
üzərində hesab əməlləri aparan qurğu. Latın dilindəki “calculus”