alignment ~ выравнивание ~ hizalama ~ düzlәndirmә – obyektləri
ya şaquli, ya da üfüqi xətt boyunca bir səviyyədə yerləşdirmə.
analog ~ аналоговый ~ örneksel ~ analoq – kəsilməz dəyişilən fiziki
kəmiyyətlər (məsələn, amplitud, gərginlik, tezlik) vasitəsilə təsvir
olunan varlıqlara (məsələn, nitqə) aid edilən termin.
analog-to-digital converter (ADC) ~ аналого-цифровой преобра-
зователь (АЦП) ~ örneksel-sayısal dönüştürücü (ÖSD) ~ analoqrәqәm
çeviricisi – analoq siqnalları rəqəmsal siqnallara çevirən qurğu.
animation ~ анимация ~ canlandırma ~ canlandırma, animasiya –
ekranda bir-birini ardıcıl əvəz edən obrazlar seriyasını əks etdirməklə
hərəkətin modelləşdirilməsi.
antivirus software ~ антивирусная программа ~ virüs-önler
yazılım ~ antivirus proqramı – kompüteri viruslardan, yaxud başqa
zərərli proqramlardan qoruyan proqram.
application ~ приложение ~ uygulama ~ tәtbiqi proqram – birtipli
(oxşar) işləri yerinə yetirmək üçün nəzərdə tutulmuş xüsusi proqram,
məsələn: mətn prosessorları, elektron cədvəllər, mühasibat sistemləri.
assembly language ~ язык ассемблера ~ assembler dili, çevirici dili
~ assembler dili – hər bir operatoruna yalnız bir maşın komandası
uyğun olan aşağı səviyyəli poqramlaşdırma dilləri kateqoriyası.
assignment operator ~ символ оператора присваивания ~ atama
işleci ~ mәnimsәtmә operatoru – dəyişənə və ya verilənlər strukturuna
qiymət mənimsətmək üçün istifadə olunan operator.
at sign ~ коммерческое at, «собака» ~ kuyruklu a ~ quyruqlu a –
@ simvolu. Elektron poçt ünvanında istifadəçinin adını domen adından
ayırmaq üçün istifadə olunur (informatika@edu.az).
attachment ~ вложение ~ ek ~ qoşma – elektron məktubun bir hissəsi
kimi ötürülən fayl. Qoşma mətn faylı, qrafik fayl, proqram və başqa növ
fayllar ola bilər.
backslash ~ обратная косая черта, наклонная черта влево ~ ters
eğik çizgi, sola eğik çizgi ~ tәrs әyik cizgi, sola әyik cizgi – “\” simvolu.
Bəzi əməliyyat sistemlərində altkataloqların adlarının ayırıcısı
kimi istifadə olunur.