abacus ~ счеты, абак ~ abakus ~ çötkә, abak – qədim yunanlarda və
romalılarda zolaqlara ayrılmış lövhə şəklində hesablama aləti.
Hesablama zamanı kiçik daşlar, yaxud çubuqlar ədədlərin mərtəbələrini
bildirən zolaqlar boyunca hərəkət etdirilirdi.
absolute address ~ абсолютный адрес ~ salt adres ~ mütlәq ünvan
– elektron cədvəl proqramlarında: müəyyən yerə istinad edən və
düsturun başqa yerə köçürülməsi zamanı dəyişilməyən xana ünvanı.
absolute value (abs) ~ абсолютное значение ~ mutlak değer ~
mütlәq qiymәt – ədədin mütləq qiyməti, yəni onun işarəsiz kəmiyyəti.
active cell ~ активная ячейка ~ etkin hücre ~ aktiv xana – elektron
cədvəlin cari (seçilmiş) xanası, yəni həmin anda işlək olan xanası.
active window ~ активное окно ~ etkin pencere ~ aktiv pәncәrә –
çoxpəncərəli sistemlərdə: hazırda istifadə olunan, istifadəçinin verilənləri
daxil etdiyi, rəsm çəkdiyi, yaxud menyuda seçim etdiyi
pəncərə.
address ~ адрес ~ adres ~ ünvan – 1. Kompüterin yaddaşında yer. Hər
yerin başqalarından fərqli ünvanı olur.
2. Elektron cədvəldə xananın yerləşdiyi sətri və sütunu tanıtmaq üçün
hərf və ədəd.
3. İnternet şəbəkəsində olan kompüteri tanıtmaq üçün ədədlər yığını.
4. Elektron poçt ünvanı.
5. Veb-səhifəninin İnternetdəki yeri.
administrator ~ администратор ~ yönetici ~ inzibatçı, administrator
– şəbəkənin, sistemin və ya verilənlər bazasının idarəolunması
sisteminin layihələndirilməsi, quraşdırılması, konfiqurasiya, nəzarət və
xidmət edilməsinə cavabdeh olan mütəxəssis.
algorithm ~ алгоритм ~ algoritma ~ alqoritm – müəyyən məqsədə
çatmaq üçün yerinə yetirilən sonlu sayda hərəkətlər ardıcıllığı.
algorithmic language ~ алгоритмический язык ~ algoritmik dil ~
alqoritmik dil – problemlərin (məsələlərin) alqoritmlər vasitəsilə
həllinə əsaslanan istənilən proqramlaşdırma dili.