Onluq ədəddən ikilik ədədin alınması alqoritmi ilə tanışsınız:
- Verilmiş onluq ədəd ikiyə (2-lik say sisteminin əsasına) bölünür.
- Qismət tam ədəd şəklində bir dəyişənə, qalıq isə sətir şəklində başqa bir
dəyişənə yazılır (əgər qalıq yoxdursa, 0 yazılır).
- Əgər qismət sıfra bərabər deyilsə, ikiyə bölünür. Əvvəlki qismətlə bağlı
dəyişənə yeni qismət mənimsədilir (əvvəlki qismət itir). Qalıqların
saxlanması üçün nəzərdə tutulan sətir tipli dəyişənin başlanğıcına isə yeni
qalıq əlavə olunur.
- Qismət sıfra bərabər olanadək 3-cü addım təkrarlanır.
- Tərs ardıcıllıqla yazılmış və sətir tipli dəyişəndə yerləşdirilən qalıqlar
verilmiş onluq ədədin ikilik yazılışı olacaq. Qalıqlar (0 və ya 1) sətir tipli
dəyişəndə onların hesablama ardıcıllığına görə sağdan sola yerləşdirilir.
x = int(input("Natural ədədi daxil edin: "))
n = ""
while x > 0:
y = str(x % 2)
n = y + n
x = int(x / 2)
print (n)