İkinci keçiddə 1 x 2, sonra 2 x 3, 6 x 4 və 24 x 5 olur. Altıncı dəfə while dövrü yerinə yetirilməyəcək, çünki
i dəyişəninin qiyməti 5 olacaq və i < n şərti ödənilməyəcək.
Qeyd edək ki, 0! = 1 və 1! = 1 qəbul olunur.
Sәrbәst iş üçün mәsәlәlәr
Verilmiş n və k (k < n) natural ədədlərinə görə aşağıdakı düsturu hesablayan
proqram yazın.
Cnk = n! k!(n-k)!
Verilmiş n natural ədədinə görə 1x3x ... x(2n–1) hasilini hesablayan proqram
yazın.
Verilmiş n natural ədədinə görə 2x4x ... x(2n) hasilini hesablayan proqram
yazın.
n! ədədinin 990-a bölündüyü ən kiçik n natural ədədini tapan proqram yazın.
Verilmiş n-ə görə n! ədədində neçə 1 rəqəminin olduğunu müəyyənləşdirən
proqram yazın.