if a > b:
a = a % b
else:
b = b % a
return a + b
a = int(input('Birinci ədədi daxil edin: '))
b = int(input('İkinci ədədi daxil edin: '))
print (ebob(a, b))
Faktorialın hesablanması
Ədədin özü və özündən kiçik bütün natural ədədlərin hasilinə həmin ədədin faktorialı deyilir. Məsələn, 5 ədədinin faktorialı 1x2x3x4x5 = 120 hasilinə bərabərdir. Faktorialın tapılması düsturunu belə yazmaq olar:n! = 1 x 2 x … x n,
burada n verilmiş ədəd, n! isə həmin ədədin faktorialıdır. Bu düsturdan və while dövründən istifadə etməklə ədədin faktorialını hesablayan proqram kodunu aşağıdakı kimi yazmaq olar.Python dilindә proqram kodu
n = input("Faktorialı hesablanacaq ədəd: ")
n = int(n)
fac = 1
i = 0
while i < n:
i += 1
fac = fac * i
print (n, "! = ", fac)
Tutaq ki, n = 5, yəni 5! hesablamaq lazımdır. while dövrünün gövdəsində birinci
keçid zamanı fac dəyişəninə 1 x 1 hasili mənimsədilir.