Əlverişlilik baxımından həmin ədəd aralarında nöqtə olan dörd onluq ədəd şəklində göstərilir. Bu onluq ədədlərin hər biri isə 0-dan 255-dək qiymət ala bilər.
Aydındır ki, belə rəqəmlər yığınını yadda saxlamaq çətindir. Buna görə də domen adları sistemi – DNS (Domain Name System) yaradılıb və bu sistem IP-ünvanların əvəzinə istifadəçi üçün daha anlamlı olan adlardan (məsələn, www.informatika.edu.az) istifadə etməyə imkan verir. Belə ki, istifadəçi ünvan sahəsində həmin adı yığdıqda DNS-serverlər avtomatik olaraq onu IP-ünvana çevirir.
Şəbəkədə olan bütün adlar müxtəlif səviyyəli domenlәrә bölünüb. Hər bir ölkə üçün birinci səviyyəli domen ayrılıb. Məsələn, “.az” domeni Azərbaycana, “.de” domeni Almaniyaya, “.ru” domeni Rusiyaya məxsusdur. Ərazi domenləri adlanan belə domenlərlə yanaşı birinci səviyyəli digər domenlər də mövcuddur. Məsələn, “.com” domeni kommersiya qurumlarını, “.gov” domeni hökumət təşkilatlarını birləşdirir. Birinci səviyyəli domenlər azdır və yeni domenlər nadir hallarda meydana çıxır. Hər bir birinci səviyyəli domen çox böyük sayda daha aşağı səviyyəli domeni ünvanlaya bilər.
Hər bir domenin sahibi öz domeninin alt-domenlərini yarada bilər.
İnternet şəbəkəsində təmsil olunmaq istəyən hər bir hüquqi, yaxud fiziki şəxs domen adının seçilməsinə xüsusi diqqət yetirməlidir. Belə ki, domen adları müəyyən prinsiplərə cavab verməlidir:
İnternet şəbəkəsində hər bir kompüterin, saytın öz ünvanı olduğu kimi, hər bir resursun – veb-səhifənin də öz ünvanı olur. Bu ünvan URL-ünvan (“yu-er-el” kimi tələffüz olunur) adlanır. (URL qısaltması Uniform Resource Locator ifadəsindən yaranıb və vahid formalı resurs göstәricisi anlamını verir.) Brauzer proqramı hər hansı İnternet resursunu – sənədi, yaxud onun bir hissəsini axtarmaq üçün bu ünvandan istifadə edir.
URL-ünvan İnternet resurslarının rəsmi yerini müəyyən edir. Hər belə ad iki hissədən ibarətdir: birinci hissə resursun identifikatorudur, ikinci isə həmin resursun yerlәşdiyi yeri göstərir. Tipik URL-ünvan aşağıdakı şəkildə olur: