5. Enerji vә maddi mәhsullar istehsalını maşınlar tәmin edir, insan isә әsas etibarilә informasiyanın emalı ilә mәşğul olur.
İstehsalatda insanların sayı azalır, onların yerini robotlar və manipulyatorlar tutur.
6. Fasilәsiz tәhsil sistemi yaranır.
İnsanlar zamanla ayaqlaşmaq, sənətini dəyişmək və cəmiyyətdə layiqli yer tutmaq üçün ömürboyu oxumaq imkanı qazanırlar.
7. Şagirdlәr kompüter proqramları vә telekommunikasiya vasitәlәrinin kömәyilә evdә tәhsil ala bilirlәr.
Bununla əlaqədar tədris prosesində təlimin formaları dəyişir və təlimin tərbiyəvi aspektlərilə bağlı problemlər yaranır.
8. İnformasiya xidmәtlәri bazarı yaranaraq inkişaf edir.
İnformasiya məhsul və xidmət növünə çevrilir. Bu məhsulu adi əmtəə kimi alıbsatmaq mümkündür.
Araşdıraq-
öyrәnәk