Sözlük
• İnformasiya cəmiyyətiİnformasiya cәmiyyәti elə bir cəmiyyətdir ki, orada cəmiyyət üzvlərinin əksəriyyəti informasiyanın istehsalı, saxlanması, emalı və istifadəsilə məşğul olur.
İnformasiya cəmiyyətinin bəzi xarakterik cəhətləri bunlardır:
1. İnformasiyanın hәcmi inanılmaz dәrәcәdә artdığından onların emalı vә saxlanması üçün xüsusi texniki vasitәlәrdәn istifadә edilir.
İnformasiyanın həcmi o dərəcədə artmışdır ki, insan özü onu emal etməyə qadir deyil və bu işə xüsusi texniki vasitələri cəlb edir. Kompüterlər etibarlı informasiya mənbələrindən istifadə etməyə imkan verir, faydasız işi azaldır, optimal qərarların qəbul olunmasını sürətləndirir və informasiyanın emalını avtomatlaşdırır.
2. Kompüter texnikası, kompüter şәbәkәlәri, informasiya texnologiyaları sürәtlә inkişaf edir.
İnternet şəbəkəsi istifadəçilərinin sayı yüz milyonlarla ölçülür. Özündə müxtəlif qurğuların funksiyalarını cəmləşdirən (kompüter, televizor, radio, telefon və s.) müasir multimedia sistemlərinin istifadəsi informasiya texnologiyalarının universallaşmasına aparıb çıxarır. İnformasiyanı saxlayan qurğular isə çox kiçilərək ovucun içinə yerləşən ölçüdə olur. Bu qurğular daxilində həcmi bir neçə ensiklopediyaya bərabər olan şəxsi universal soraqçalar da yerləşdirilir. Bu qurğuları şəbəkəyə qoşub operativ informasiya, məsələn, hava haqqında, yollardakı tıxaclar barədə məlumatlar almaq mümkündür.
3. Dәyәrlәr dәyişәrәk yeni hәyat tәrzi formalaşır, asudә vaxtda mәşğuliyyәtlәr dәyişir.
Artıq indi kompüter oyunları insanın boş vaxtının əsas hissəsini tutur. Bu oyunlar uzaq məsafədə yerləşən bir neçə oyunçunu özündə birləşdirən şəbəkə sisteminə keçirilir. İnternetdə vaxt keçirənlərin sayı artır. Onlar tədris saytlarına və virtual muzeylərə səyahət edirlər, lazım olan ədəbiyyatı tapıb oxuyurlar. Onlayn ünsiyyət xidmətləri istifadəçilərinin sayı durmadan artır. Bu xidmətlər vasitəsilə uzaq məsafələrdə olan insanlar real zaman rejimində bir-birilə əlaqə saxlayırlar.
4. Evlәrdә cürbәcür elektron cihazlar vә kompüterlәşdirilmiş qurğular olur.
Mənzillər naqillər sisteminin əvəzinə bir cərəyan və bir də informasiya kabeli ilə təchiz olunur. İnformasiya kabeli rabitə, televiziya kanallarını və İnternetə çıxışı özündə birləşdirir. Xüsusi elektron blok bütün məişət avadanlıqlarına və yaşayış sistemlərinə nəzarət edir, binalar “ağıllı” olur. “Ağıllı binalar”la yanaşı “ağıllı avtomobil”lər də yaranır.