Saytın ünvanını təsdiq etmək üçün elektron poçtunuza gələn məktubu açıb göstərilmiş
istinada keçin. Saytınızın ünvanı simplesite adından və özünüz təyin etdiyiniz
addan ibarət olacaq: info-cemiyyet.simplesite.com.
Saytda mövzuya aid materiallar yerləşdirmək üçün əlavə səhifələr yaratmaq olar.
Bunun üçün sağ tərəfdə yerləşən paneldə Add a page düyməsini çıqqıldadın. Müxtəlif
səhifə növləri olan pəncərə açılacaq. Standart page variantını seçin.
Səhifəyə material yerləşdirmək və redaktə etmək üçün sağ yuxarı küncdəki
düyməsini çıqqıldadın. Açılan səhifə redaktorunun alətləri ilə
tanış olun və hər bir alətin funksiyasını aydınlaşdırın.
İnformasiya cəmiyyətinə aid verilmiş mətni səhifədə yerləşdirin.
İnternetdə informasiya cəmiyyətinin formalaşdırılmasının əsas istiqamətləri barədə
material toplayın və saytın ikinci səhifəsində yerləşdirin.
Foto albom və Video səhifələri yaradın və mövzuya uyğun şəkillər, videomateriallar
tapıb uyğun səhifədə yerləşdirin.
Ötən əsrin ikinci yarısında böyük həcmdə informasiyanın saxlanması, ötürülməsi,
emalı üçün müasir vasitələrdən istifadə edilməsi qaçılmaz oldu.