Araşdıraq-
öyrәnәk
Paint qrafik redaktorunda BMP formatında olan hər hansı rəngli şəkil açın. Həmin şəkli
JPEG formatında saxlayın. Paint proqramını qapadın və hər iki faylın ölçüsünü (diskdə
tutduğu yerin həcmini) vərəqdə qeyd edin. Sonra həmin faylları yenidən açın və
üzərində müəyyən dəyişiklik aparıb (məsələn, hər hansı hissəsini silməklə) yeni adla
saxlayın. Hər iki fayl formatı üçün onun həcminin necə dəyişdiyinə diqqət yetirin. Nə
üçün BMP formatında faylın həcminin dəyişmədiyini, JPEG formatında isə dəyişdiyini
aydınlaşdırın.