Açılan yeni səhifədə saytınız üçün rəng sxemini seçin və Next: Images düyməsini
çıqqıldadın.
Saytınızın baş səhifəsi üçün geniş çeşiddə görüntülər təklif olunacaq. Onlardan mövzunuza
uyğun olan birini seçin və Next: Backgrounds düyməsini çıqqıldadın.
Saytın fonu üçün təqdim olunan görüntülərdən birini seçin.
Next: Headline düyməsini çıqqıldadın. Açılan pəncərədə saytın başlığını (mövzusunu)
daxil edin. Məsələn: İnformasiya cәmiyyәti.
Save and continue düyməsini çıqqıldadın.
Açılan pəncərədə saytınızın ünvanını (adını) təyin etmək üçün mövzuya uyğun söz
daxil edin (məsələn: info-cemiyyet). Daxil etdiyiniz ad artıq başqası tərəfindən
istifadə olunursa, bu haqda xəbərdarlıq çıxacaq.
Ad təyin edildikdən sonra veb-saytın hazır olması barədə məlumat çıxacaq.
Növbəti səhifədə saytınızın inzibatçılığı üçün parol daxil edin.
Elektron poçt ünvanınızı göstərib müvafiq düyməni çıqqıldadın.
Bütün addımlar düzgün yerinə yetirilərsə, brauzer saytınızın baş səhifəsini əks etdirəcək.