Bunun üçün baş səhifədə saytın adı, saytın mövzusuna uyğun qrafik görüntü, onun məzmununu əks etdirən qısa mətn, eləcə də saytın əsas bölmələrinə
keçid üçün baş menyu yerləşdirilir. Baş səhifədə sayt müəllifinin adı, onunla əlaqə
məlumatı, xəbərlər və başqa informasiya blokları da yerləşdirilə bilər.
Saytın hər səhifəsinin, adətən, bir neçə dəyişməz elementi olur ki, həmişə eyni
hissədə yerləşir:
- səhifənin ən yuxarısında yerləşən saytın başlığı;
- adətən, səhifənin yuxarı və ya sol hissəsində yerləşən baş menyu (menyu
bəndlərinin sayı, adları, ardıcıllığı saytın bütün səhifələrində dəyişmir);
Saytın bütün səhifələrinin eyni üslubda işlənməsi məsləhət görülür. Üslubu
saxlamaq üçün, yaxşı olar ki, saytın bir səhifəsinin şablonu qabaqcadan hazırlansın
və bütün səhifələrə aid elementlər orada əks olunsun.
Araşdıraq-
öyrәnәk
informatika.edu.az saytının strukturunu araşdırın və onu qraf şəklində göstərin. Nə üçün
saytların strukturu üçün ağac deyil, qraf informasiya modeli münasibdir?