Veb-səhifələr və ya veb-saytlar yaratmaq üçün bir neçə üsuldan istifadə etmək olar:
Sayt yaratmaq üçün hansı üsuldan istifadə olunmasından asılı olmayaraq, ilk növbədə saytın mәzmununu və strukturunu müəyyənləşdirmək lazımdır. Məsələn, tutaq ki, siz "Gənc proqramçılar" dərnəyinə gedirsiniz və həmin dərnəyin fəaliyyət göstərdiyi saytın strukturunun qraf şəklində təqdim olunması onun məzmununu əyani təsvir etməyə imkan verir və saytın bir səhifəsindən başqalarına keçidləri təşkil etməyə yardım edir.
İstənilən sayt yüklənərkən birinci onun baş sәhifәsi, yaxud başlanğıc sәhifәsi (home page) açılır. Bu səhifə, ilk növbədə, belə bir suala cavab verməlidir: "Bu sayt nə haqdadır?"