İnformasiya mәnbәyindәn çıxan informasiya rabitә kanalından keçərək informasiya qәbuledicisinә çatır. Bu sxemdəki üç hissənin hər birinin öz xassələri, başqa sözlə, parametrləri var və ötürülmənin keyfiyyəti bu parametrlərdən asılı olur.
İnformasiyanın ötürülməsinin yuxarıda göstərilən sxemi sadələşdirilmiş sxemdir. Əslində isə həmin proses aşağıdakı şəkildə baş verir.
İnformasiya mənbəyi canlı varlıq, yaxud texniki qurğu (məsələn, kompüter) ola bilər. İnformasiya oradan kodlaşdırıcı qurğuya (məsələn, modemə) daxil olur. Bu qurğu ona daxil olan informasiyanı ötürmək üçün əlverişli formaya çevirir. Rabitə kanalından (məsələn, telefon xəttindən) keçən informasiya dekodlaşdırıcı qurğuya (məsələn, modemə) düşür ki, bu qurğu kodlaşdırılmış məlumatı qəbuledicinin başa düşdüyü formaya çevirir.
Verilənləri bir kompüterdən başqasına ötürmək üçün həmin verilənləri daşıyan müəyyən növ aralıq bağlayıcıya ehtiyac var. Bu bağlayıcı rabitә kanalı adlanır. Belə kanala nümunə kimi bu gün həyatımızda mühüm rol oynayan telefon şəbəkəsini göstərmək olar. Telefon sistemi dünyadakı bütün telefon şəbəkələrinin – yerli, uzaqməsafəli, mobil və peyk rabitəsi şəbəkələrinin toplusudur. Telefon şəbəkəsi səs rabitəsi üçün nəzərdə tutulsa da, indi ondan verilənlərin (faks, e-poçt, canlı audio və video) ötürülməsi məqsədi ilə də istifadə olunur.
Verilənləri kanal vasitəsilə göndərmək üçün istər fiziki, istərsə də simsiz rabitə vasitələri lazım olur.
Fiziki vasitәlәr. Verilənləri daşımaq üçün fiziki vasitələrin bir neçə növü var:
Sözlük
• Fiziki vasitələr