Müxtəlif maddələrin yaratdığı maqnit induksiyası müxtəlif olduğundan onların maqnit xassələri bir-birindən fərqlənir. Maddələrin maqnit xassələri maqnit nüfuzluğu adlanan fiziki kəmiyyətlə xarakterizə edilir.
Maddənin maqnit nüfuzluğu – bircins mühitdə B maqnit induksiyasının modulunun vakuumdakı B0 maqnit induksiyasının modulundan neçə dəfə fərqləndiyini göstərir:
μ = B0 + Bi
B0 = B0
B0, B = μB0 .
Burada μ(mü) maddənin maqnit nüfuzluğudur. O, vahidi adsız kəmiyyətdir.
Maddələr maqnit xassələrinə görə üç növdür:
1. Paramaqnitlər – maqnit nüfuzluğu vahiddən cüzi böyük olan maddələrdir (μ > 1). Paramaqnitlər (Al, Li, O2,Na və s.) sabit maqnit tərəfindən zəif cəzb olunur.
2. Diamaqnitlər – maqnit nüfuzluğu vahiddən kiçik olan maddələrdir (μ < 1). Diamaqnitlər (Cu, Ag, Au və bütün təsirsiz qazlar) sabit maqnit tərəfindən zəif itələnir.
3. Ferromaqnitlər – maqnit nüfuzluğu vahiddən çox böyük olan maddələrdir (μ >> 1). Ferromaqnitlər (Gd, Fe, Ni, Co və onların bəzi xəlitələri) sabit maqnit tərəfindən böyük qüvvə ilə cəzb olunur. Bütün ferromaqnitlər kristal maddələrdir.
Bəzi maddələrin maqnit nüfuzluğu 2.1 cədvəlində göstərilmişdir.
Diamaqnit maddə |
μ | Paramaqnit maddə |
μ | Ferromaqnit maddə | μ |
Bismut | 0,999834 | Hava | 1,000038 | Dəmir | 8000 |
Mis | 0,999990 | Alüminium | 1,000023 | Nikel | 1100 |
Qızıl | 0,999964 | Oksigen | 1,0000019 | Nikel və dəmir ərintisi | 250000 |
Hər bir ferromaqnit üçün Küri nöqtəsi adlanan temperatur həddi mövcuddur. Ferromaqnit Küri nöqtəsindən yüksək temperatura qədər qızdırılarsa, o ferromaqnit xassəsini itirib paramaqnitə çevrilir. Məsələn, dəmir üçün Küri temperaturu 769°C-dir. Odur ki 800°C-yə qədər qızdırılan dəmir mismar maqnitsizləşir.